Ukrayna Rusiyanın dərinliklərinə zərbələr üçün artıq heç kimdən icazə almayacaq
Bu gün, 00:05

Vacib hadisə. Ukrayna Rusiyanın dərinliklərinə zərbələr üçün artıq heç kimdən icazə almayacaq.
Ukraynanın uzaq mənzilli "Neptun" qanadlı raketi Krasnodar vilayətində yerləşən Tuapse neft emalı zavodunu vurdu (Ukrayna sərhədindən 450 km məsafədə). Zərbədən sonra yanğının bir sutka davam etməsi hadisənin miqyasını açıq şəkildə göstərir.
Tuapse – Rusiyanın əsas neft mərkəzlərindən biridir və cəbhə xəttindən 450 km uzaqlıqda yerləşir. Əgər əvvəllər "Neptun" raketləri maksimum 400 km məsafəyə zərbə vura bilirdisə, indi onların modernləşdirilməsi sübut edir ki, Ukraynanın texnoloji imkanları daha genişdir. "Uzun Neptun"un zərbə məsafəsi 1000 km-ə qədər artırılıb.
"Neptun" nədir və niyə bu qədər vacibdir?
"Neptun" – sovet dövründən qalma X-35 raketinin əsasında yaradılmış, lakin ciddi şəkildə təkmilləşdirilmiş qanadlı raketdir. Əvvəlcə gəmi əleyhinə silah kimi hazırlanmışdı, lakin sonradan yerüstü hədəfləri vurmaq üçün də uyğunlaşdırıldı.
Bu günə kimi "Neptun" raketlərinin yerdə yerləşən hədəflərə zərbələri:
31 may 2024 – "Kavkaz" limanındakı bərələr və neft terminalı vuruldu (250 km).
21 iyun – Yeyskdə "Şahed" PUA-larının bazası məhv edildi (150 km).
23 iyul – "Kavkaz" limanında "Slavyanin" bərəsi vuruldu (250 km).
31 iyul – Kursk vilayətində anbarlara zərbə endirildi (100 km).
22 avqust – "Kavkaz" limanında "Konro Treyder" bərəsi vuruldu (250 km).
Və indi – Tuapse, 450 km!
Prezident Zelenskinin sözlərinə görə, Ukrayna 2024-cü ildə 100 raket istehsal edib (modeli açıqlanmasa da). Müdafiə naziri Umerov da bu rəqəmi təsdiqləyib. Sonuncu hücum göstərir ki, Ukraynanın genişmiqyaslı hücumlar üçün kifayət qədər resursu var.
Ukrayna hərbçiləri və analitikləri uzaq mənzilli silahların inkişafının davam edəcəyini bildirirlər. "Uzun Neptun" təkcə raket deyil, həm də Ukrayna HSK-nin texnoloji inkişafının göstəricisidir.
Əgər dünən bu haqda şübhələr vardısa, bu gün artıq aydındır – logistika döyüşü yeni mərhələyə keçir və Ukraynaya artıq Rusiyanın dərinliklərinə zərbələr üçün HEÇ KİMDƏN icazə almasına ehtiyac yoxdur.
Kamran Cəfərov
TEREF