Tehran sakinlərinin 80%-i internet məhdudiyyətlərinin aradan qaldırılmasını istəyir

Dünən, 10:14           
Tehran sakinlərinin 80%-i internet məhdudiyyətlərinin aradan qaldırılmasını istəyir
İranın Tehran vilayətində əhalinin 80 faizi xarici sosial media tətbiqlərinə qoyulan qadağaların aradan qaldırılmasını istəyir.
bizimyol.info xəbər verir ki, İranın vitse-prezidenti Məhəmməd Cəfər Kaimpenah Tehran vilayətinin Planlaşdırma və İnkişaf Şurasının iclasındakı çıxışında Tehran sakinlərinin məmnunluq və narahatlığını müəyyən etmək üçün keçirilən sorğu haqqında məlumat verib.

Kaimpenah əyalətdəki ən mühüm problemləri müəyyən etmək üçün Tehranda 2000 nəfərin iştirakı ilə sorğu keçirdiklərini deyib: “Bu sorğuda insanların məmnunluğu sorğulanıb. Tehran sakinlərinin ictimai nəqliyyat şəbəkəsindən məmnunluq səviyyəsi yüzdə 45, təhsil imkanlarından 33 faiz, içməli sudan 33 faiz, nəqliyyatın vəziyyətindən isə 30 faizdir”.

Kaimpenah bildirdi ki, Tehran sakinlərinin 32 faizi havanın çirklənməsindən, 18 faizi isə qeyri-qanuni mühacirlərdən narazıdır: "Tehran sakinlərinin 80 faizi sosial şəbəkələrin filtrlənməsinin əleyhinədir", - deyə bildirib.

Kaimpenah deyib ki, sorğunun nəticələrinə görə, ictimaiyyətin 54 faizi ölkədəki problemlərin sanksiyalar və xarici təzyiqlərdən qaynaqlandığına inanır, prezident Pezeşkiandan məmnunluq səviyyəsi isə 74 faizdir.

İranda uzun müddətdir ki, xarici sosial media və "Telegram", "Facebook", "X" və "YouTube" kimi mesajlaşma platformalarına giriş bloklanıb.

2022-ci ilin sentyabrında gənc qadının polis nəzarətinə götürüldükdən sonra dünyasını dəyişməsindən sonra başlayan etirazların ilk günlərində ölkədə ən çox istifadə edilən "WhatsApp" və "Instagram" kimi sosial media və mesajlaşma şəbəkələrinə də məhdudiyyətlər qoyulub.

Buna baxmayaraq, iranlı istifadəçilər proqramlara parol sındırma proqramları (VPN) ilə daxil ola bilirlər.

Seçki kampaniyası zamanı "internet qadağalarının əksəriyyətini qaldıracağını" vəd edən prezident Pezeşkiyanın rəhbərlik etdiyi hökumət dekabr ayında "WhatsApp" qadağasını ləğv edib.

"X" sosial media platforması ölkədə qadağan olunmasına baxmayaraq yüksək vəzifəli dövlət məmurları tərəfindən fəal şəkildə istifadə olunur.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.