Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA

15-03-2025, 11:44           
Tədris-Cərrahiyyə Klinikasından ŞİKAYƏT - Həkimlərin maaşları aylardır ödənilmir, aparatlar işləmir - RƏSMİ AÇIQLAMA
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının həkimləri bir neçə aydır əməkhaqlarını ala bilmirlər. Bununla bağlı xəstəxana kollektivi arasında narahatlıq yaranıb.
TEREF Bizim.Media-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödənişləri vaxtlı-vaxtında həyata keçirir, lakin Tədris-Cərrahiyyə Klinikası tərəfindən müvafiq ödənişlər vaxtında verilmir.

Mənbə bildirir ki, Tədris-Cərrahiyyə Klinikasında texniki təminatla bağlı da problemlər var. Belə ki, sözügedən xəstəxanada MRT və anjio aparatları işləmir.

Məsələ ilə bağlı Bizim.Media Tədris-Cərrahiyyə Klinikasına sorğu ünvanlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, klinikada bütün tibbi heyətin, o cümlədən həkimlərin əməkhaqları vaxtında ödənilir:

“Müraciətdə qeyd olunan məsələyə gəldikdə isə, bəzən həkimlərə verilən bonusların gecikməsi halları yaşana bilir. Bunun səbəbi ay ərzində bonusların hesablanması məqsədilə reyestrlərin yoxlanılması prosesinin müəyyən vaxt tələb etməsi ilə əlaqədardır”.

Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru