Trampın komandasında daha bir türk təmsil olunacaq FOTO

16-03-2025, 08:14           
Trampın komandasında daha bir türk təmsil olunacaq FOTO
TEREF xəbər verir ki, ABŞ-da prezident Trampın komandasına daha bir türk əsilli mütəxəssis təyin ediləcək.
Bir ay öncə tanınmış ürək cərrahı Mehmet Öz yeni ABŞ administrasiyasında Sağlıq Sığortası Departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Bir neçə gün öncə isə Mehmet bəyin bacısı, Massachusetts Institute of Technology (MIT) Universitetinin məzunu Seval Öz, ABŞ Nəqliyyat Naziriliyində nazir müavini vəzifəsinə namizəd göstərilib, yaxın günlərdə onun təsdiqi parlamentdə səsverməyə çıxarılacaq.
TEREF yazır ki, bu barədə REAL-ın sədri Natiq Cəfərli məlumat verib.

Natiq bəyin verdiyi xəbərə görə, bu bacı qardaş Türkiyənin Konya şəhərinin 25 885 nəfər əhalisi olan Bozkır qəsəbəsindəndirlər.
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru