Tarixin ən böyük canlılarından birinin gözləniləndən daha böyük olduğu ortaya çıxdı

Bu gün, 17:34           
Tarixin ən böyük canlılarından birinin gözləniləndən daha böyük olduğu ortaya çıxdı
Yeni bir araşdırmaya görə, eramızdan əvvəlki dövrə aid ən böyük yırtıcılardan biri olan Meqalodon, əvvəllər təxmin ediləndən 9 metr (30 fut) uzun ola bilər.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, əvvəllər təxminən 15 metr uzunluğunda olduğu düşünülən nəhəng köpəkbalığının əslində 24 metrə qədər çata bildiyi təyin olunub.

Araşdırma aparan elm adamları meqalodonun əvvəllər düşünüldüyündən daha incə və uzun bədənə malik olduğunu və böyük ağ köpəkbalığını deyil, daha zərif quruluşa malik limon köpəkbalıqlarına bənzədiyini bildiriblər.

Bu günə qədər meqalodonun tam fosili tapılmayıb. Lakin tədqiqatçılar nəhəng tarixdən əvvəlki köpəkbalıqlarının daşlaşmış onurğalarını bu gün yaşayan köpək balıqlarının anatomiyası ilə müqayisə edərək yırtıcının əsl ölçüsünü təxmin edirlər.

Çikaqodakı DePaul Universitetindən bioloq Dr. Kenşu Şimada və onun komandası 145 canlı və 20 nəsli kəsilmiş köpək balığı növünün bədən nisbətlərini təhlil edib. Bu məlumatlara əsaslanan hesablamalar göstərdi ki, meqalodon uzun və nazik bədən quruluşuna malikdir.

Dr. Şimada: "Biz meqalodonun böyük ağ köpəkbalığının nəhəng versiyası olduğu fikrindən uzaqlaşmalıyıq", - deyib.

Meqalodon təxminən 15 milyon il əvvəl ortaya çıxdı və 3,6 milyon il əvvələ qədər dünya okeanlarında ən güclü yırtıcılardan biri olaraq sağ qalıb.Lakin o, heç vaxt insanlarla eyni dövrdə mövcud olmayıb.

Alimlər düşünürlər ki, meqalodon daha səmərəli hərəkət etmək üçün daha incə bədənə çevrilib. Mavi balinaların uzun və incə bədənləri sayəsində uzunluğu 30 metri keçə bildiyi kimi, meqalodon da bu xüsusiyyətləri ilə daha əvvəl təxmin ediləndən çox daha böyük uzunluğa çatmış ola bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.