Rusiyada müəllimlə şagird əlbəyaxa davaya çıxdı - VİDEO

2-12-2019, 11:11           
Rusiyada müəllimlə şagird əlbəyaxa davaya çıxdı - VİDEO
Rusiyada dərsə gecikmiş şagirdlə, müəllim əlbəyaxa davaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Belqorod şəhərində bir məktəbdə informatika dərsi zamanı baş verib. Dərsə gecikən şagird müəllimin iradından sonra onu təhqir edib. Bundan sonra müəllim şagirdə yaxınlaşaraq onu zorla çıxarmaq istəyib. Buna etiraz edən şagird müəllimlə əlbəyaxa davaya çıxıblar. Baş verən hadisəni sinifdə olan digər bir şagird mobil telefon ilə videogörüntüyə qeyd edərək sosial şəbəkələrdə yayımlayıb.
Qeyd edək ki, məktəb direktoru müəllimi nizam-intizam pozuntusuna yol verdiyi üçün təqsirləndirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.