Bakıda qızı ölən ana özünü 4-cü mərtəbədən yerə atıb

16-12-2019, 01:03           
Bakıda qızı ölən ana özünü 4-cü mərtəbədən yerə atıb
Bakının Qaradağ rayonunda 69 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

APA xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi, Yeni Yaşayış massivi, ev 73 ünvanında baş verib.

1950-ci il təvəllüdlü Mütəllimova Həqiqət Əli qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səyi ilə onun həyatını xilas etmək mümkün olub. Məlumata görə, qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.