Milyonçu hotelin qarşısında öldürüldü

16-12-2019, 18:02           
Milyonçu hotelin qarşısında öldürüldü
Argentinaya turizm məqsədilə gedən britaniyalı milyonçu Metyu Çarlz Gibbard və ögey oğlu Stefan Coşua Zone Buenos-Ayresdə beşulduzlu “Faena Hotel”in qarşısında silahlı soyğuna məruz qalıb.
Soyğun məqsədli hücum zamanı açılan atəş nəticəsində 50 yaşlı Gibbard həlak olub, ögey oğlu 28 yaşlı Zone ayağından yaralanıb. Hadisənin görüntüləri şəhərin ən təhlükəsiz bölgələrindən biri sayılan Puerto Madero küçəsindəki kamera tərəfindən qeydə alınıb.
Qeyd edilir ki, Londonun şimalında yaşayan Gibbardın idarə etdiyi ailə şirkəti ötən il təqribən 20 milyon sterlinq gəlir əldə etmişdi.
Artıq baş verənlərlə bağlı iki şübhəli saxlanılıb.
Gibbardın aeroportdan çıxdıqdan sonra təqib edildiyi və hadisənin mütəşəkkil cinayət ola biləcəyi düşünülür.
aktualxeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.