Qatar avtomobillə toqquşdu - Ölənlər və yaralananlar var
20-12-2019, 07:03
Misirdə qatar avtomobillə toqquşub.
Publika.az-ın məlumatına görə, qəza Dahaliya əyalətində baş verib. Dəmir yol keçidində avtomobillə qatarın toqquşması nəticəsində ən azı 7 nəfər həlak olub. Həlak olanlar arasında 7 yaşlı uşaq da var.
Məlumata görə, hadisə nəticəsində habelə azı 4 nəfər xəsarət alıb.