ABŞ-ın Texas ştatında orta məktəbdə atışma olub, ölən var

15-01-2020, 04:05           
ABŞ-ın Texas ştatında orta məktəbdə atışma olub, ölən var
ABŞ-da atışma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KHOU11 telekanalı bildirib.

Məlumata görə, hadisə Hyuston (ştat Texas) şəhərindəki məktəblərdən birində qeydə alınıb.

Hadisə zamanı bir şagird yaralanıb. Həkimlər ona tibbi yardım göstəriblər, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edilir ki, məktəbə polis əməkdaşları gəliblər. Onlar hadisənin təfərrüatlarını şagirdlərdən soruşurlar.

Polis hadisəni törədən şəxsi axtarır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru