Çində ötən gün COVID-19-a iki yoluxma qeydə alınıb

6-05-2020, 05:17           
Çində ötən gün COVID-19-a iki yoluxma qeydə alınıb
Ötən gün Çində koronavirusdan ölüm qeydə alınmayıb

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə COVID-19 cəmi 2 yoluxma aşkarlanıb, 58 nəfər sağalıb.

Son gündə Çinin materik hissəsində yerləşən tibb müəssisələrində koronavirusa yoluxan xəstələrin sayı təxminən 14 faiz azalaraq 339 nəfərə çatıb. Statistikaya görə, Çində yoluxanların 94 faizi müalicə edilib.

Yeni yoluxanların ikisi də xaricdən gəlmiş ölkə vətəndaşıdır.

Komitənin bəyanatında qeyd edilir ki, Çində koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 82 881-dir, COVID-19-a yoluxmuş 77 853 insan sağalıb, 4 633 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru