Bakıda daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdü

6-05-2020, 10:44           
Bakıda daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürdü
Bakıda ölümlə nəticələnən qəza baş verib.

Teref.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb.

Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevə məxsus parklanmış “Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru