Sabirabadda neft çıxdı

27-04-2015, 16:46           
Sabirabadda neft çıxdı
Əraziyə yaxın vaxtlarda mütəxəsislərin baxış keçirəcəyi gözlənir. Sabirabad rayonunda həyətyanı sahədən neft çıxıb. ANS PRESS-in verdiyi məlumata görə, rayonun Çığırğan kənd sakini Solmaz Zakir qızı Həşimovaya məxsus sahədə torpaq qatı bir neçə metr qazıldıqdan sonra neft çıxıb. Neft qazılmış yerə dolması hamını təəccübləndirib. Neftlə bərabər qazın da çıxa biləcəyindən ehtiyatlanan ev sahibsi ərazidə işi dayandıraraq əlaqədar qurumlara müraciət edib. Əraziyə yaxın vaxtlarda mütəxəsislərin baxış keçirəcəyi gözlənir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.