Dəhşətli təyyarə qəzası: 5 nəfər öldü 6-06-2020, 11:20 ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb.Pravda.az-ın xəbərinə görə, bu barədə yerli polisə istinadla “Fox” televiziyası məlumat verib.Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.ABŞ Federal Aviasiya Administrasiyasının bildirdiyinə görə, təyyarə qasırğaya düşüb. Hadisənin digər təfərrüatları açıqlanmır. Facebook-da paylaş