Misirdə mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb

3-08-2020, 08:04           
Misirdə mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb
Misirdə mikroavtobus suvarma kanalına düşüb, nəticədə səkkiz nəfər ​​ölüb.

APA xəbər verir ki, bu barədə “Al Youm As Sabi” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hadisə Misir paytaxtının cənubundakı Giza piramidaları yaxınlığındakı Əl-Maryutiya bölgəsində baş verib. Sürücünün idarəetməni itirdiyi, bundan sonra avtomobilin kanala düşdüyü deyilir. Xilasedicilər sudan yeddi nəfəri sağ çıxara biliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru