Bakıda qorxunc hadisə - Ata 2 yaşlı övladının başını kəsdi, sonra özünü...

5-08-2020, 18:05           
Bakıda qorxunc hadisə - Ata 2 yaşlı övladının başını kəsdi, sonra özünü...
Bu gün Bakıda dəhşətli qətl törədilib.

Publika.az xəbər verir ki, Səbail rayonu, 20-ci sahə yaşayış massivi Şahlar Allahverdiyev küçəsi 67 ünvanında 1970-ci il təvəllüdlü Xazıyev Emil Mamedoviç bıçaqla doğma oğlu, 2018-ci ildə anadan olan Şabanov Ömər Emiloviçin başını kəsib.

Boğaz nahiyəsindən ağır xəsarətlər alan uşaq qanaxma nəticəsində hadisə yerində ölüb. Hadisəni törədən şəxs daha sonra bıçağı öz boğazına soxub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, araşdırma aparılır.

Xəstəxanaya yerləşdirilən 50 yaşlı E.Xazıyev nəzarətə götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru