Təyyarə iki yerə bölündü: 20 nəfər öldü - Video 8-08-2020, 05:18 Hindistanın "Eyr İndia Ekspress" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Kerala ştatının Kojikode şəhərinə enişi zamanı eniş-uçuş zolağından çıxıb.Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.Bildirilib ki, hadisə nəticəsində pilot həyatını itirib, xeyli sərnişin isə xəsarət alıb.Təyyarənin iki hissəyə bölündüyü bildirilir.***Qəza nəticəsində 14 nəfər ölüb, 120-dən çox insan isə yaralanıb.Yaralılardan 15-nin vəziyyəti ağırdır.***Rəsmi orqanların məlumatına görə, qəzada ölənlərin sayı 20 nəfərə çatıb.. Facebook-da paylaş