Avstraliyanın sahil şəhəri Budində (Yeni Cənubi Uelas ştatı) şahidlər təəccüblü təzahürü videoya çəkiblər.
Tasmanov dənizinin yaxınlığındakı uçurumda iki şəlalə «baş-ayaq» düşüb - onlarda su adəti üzrə yuxarıdan aşağı yox, əksinə axmağa başlayıb.
Bütün qeyri-adiliyinə baxmayaraq, təzahürün sadə izahı tapılıb. Belə ki, Tasmanov dənizindən əsən güclü külək (sürəti 70 kilometr/saat) suyun istiqamətini dəyişib. Külək zəifləyən kimi, su «düzgün» istiqamətinə qayıdıb.