Təyyarəni havada ildırım vurdu, pilotlar yola davam etdi
15-08-2020, 08:50
“AirBridgeCargo” aviaşirkətinə məxsus “Boeing 747” sərnişin təyyarəsini ildırım vurub.
Bu barədə RENTV məlumat yayıb.
Sərnişin təyyarəsi Moskva - Leypsiq reysini həyata keçirib. İldırım təyyarənin burun hissəsinə düşüb. Amma pilotlar uçuşu davam etdirmək qərarına gəliblər.
Təyyarə Almaniyada uğurla eniş edib. Xəsarət alan yoxdur.oxu.az