Rusiyada mədəndə baş verən dağıntı nəticəsində 4 nəfər həlak olub

16-08-2020, 00:05           
Rusiyada mədəndə baş verən dağıntı nəticəsində 4 nəfər həlak olub
Rusiyanın Vorkutada (Komi Respublikası) yerləşən mədəndə baş verən dağıntı nəticəsində 4 mədənçi həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Komi Respublikası üzrə İdarəsi qəza barədə məlumatı təsdiqləyib.

Bildirilib ki, mədəndə kömür daşınması üçün konveyer kəmərinin keçdiyi zolaq çöküb və nəticədə 4 nəfər həlak olub.

Xilasetmə bölmələri hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, digər mədən işçiləri xəsarət almayıb.//APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru