Hakerlər Almaniya Silahlı Qüvvələrinin saytını sınıdırdılar: mühüm məlumatlar ələ keçə bilər

16-08-2020, 20:28           
Hakerlər Almaniya Silahlı Qüvvələrinin saytını sınıdırdılar: mühüm məlumatlar ələ keçə bilər
Almaniyada ötən həftə ölkənin Silahlı Qüvvələrinə daşıma xidmətini həyata keçirən qurumun rəsmi internet saytı naməlum şəxslər tərəfindən haker hücumuna məruz qalıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “ARD” telekanalı məlumat yayıb.

Kanalın informasiyasına əsasən, internet piratları hərbçilərlə yanaşı, Bundestaq deputatları və siyasətçilərin şəxsi məlumat bazasına çıxış əldə edə bilərlər.

Almaniya ordusunun “BW-Fuhrpark Service GmbH” xidmətinin İT şəbəkəsinə haker hücumu Müdafiə Nazirliyi tərəfindən də gec də olsa, təsdiqlənib. Nazirliyin nümayəndəsinin kanala verdiyi açıqlamada insidentlə bağlı araşdırma aparıldığı bildirilib.

“Hücumun hədəfi və miqyası hələ ki bizə məlum deyil. Bundan başqa, sızıntı olub-olmaması, yaxud məlumatların ələ keçrilməsi faktı araşdırılır”, - deyə, nazirliyin Bundestaq deputatlarına göndərdiyi xüsusi məlumatda bildirilir.

Xatırladaq ki, 2015-ci ildə Almaniya parlamentinin saytının serverinə də bənzər həmlə həyata keçirilmiş, nəticədə bir çox deputatıın şəxsi yazışmaları, məxfi sənədlər hakerlər tərəfindən oğurlanmışdı. Almaniya hökuməti həmin insidentlə bağlı rəsmi olaraq Rusiya hərbi kəşfiyyatını ittiham edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru