Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd ibn Salman məhkəməyə verildi
17-08-2020, 11:31
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının sabiq Daxili İşlər Nazirliyinin kəşfiyyat işçisi Saad əl-Cibri ABŞ-ın paytaxtı Vaşinqtonda vəliəhd şahzadə Məhəmməd ibn Salmanı məhkəməyə verib.
Bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Məhkəmə işinin materialında əl-Cibri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) o zamankı direktoru Con Brennan ilə 2015-ci ilin iyul və avqust aylarında görüşdüyünü ifadə edərək, “İbn Salmanın Rusiyanı Suriya vətəndaş müharibəsinə müdaxilə etməyə təşviq etməsindən Brennan öz narahatlığını ifadə etdi. Həmin dövrdə Rusiya Suriyadakı vətəndaş müharibəsinə bitərəf idi", - söyləyib.
Məhəmməd ibn Salmanın Brennanın narahatlığını qəzəblə qarşıladığını vurğulayan əl-Cibri Brennanla danışıqlardan sonra işini itirdiyini və ölkəsini tərk edərək, Kanadaya sığınmalı olduğunu vurğulayıb.
Əl-Cibri məhkəmə işi sənədində vəliəhd şahzadənin Bəşər Əsəd rejiminin yıxılacağı bir zamanda Rusiyanı Suriyaya müdaxilə etməyə dəvət etdiyini söyləyib.