Bakıda restoran sahibi və müştərilər cərimələndi

17-08-2020, 23:02           
Bakıda restoran sahibi və müştərilər cərimələndi
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozulması ilə müşayiət olunan “Beer” restoranı aşkar olunub.

KONKRET.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayom Polis İdarəsi və 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində sahibkarlıq subyektinin sahibi, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi 3 000 manat, digərləri 200 manat cərimə olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru