Navalnının Almaniyaya daşınması üçün təyyarə yola düşüb

21-08-2020, 09:46           
Navalnının Almaniyaya daşınması üçün təyyarə yola düşüb
Navalnının Almaniyaya daşınması üçün təyyarə yola düşüb
Koma vəziyyətində olan rusiyalı müxalifətçi Aleksey Navalnının Rusiyanın Omsk şəhərindən paytaxt Berlinə daşınması üçün Almaniyadan xüsusi tibbi təyyarə göndərilib.

“Report” Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, təyyarə gecəyarı Nürnberq şəhərindən yola düşüb.

A.Navalnının Berlinin “Şarite” klinikasına yerləşdiriləcəyi bildirilir.

Siyasətçinin mətbuat katibi Kira Yarmışın sözlərinə görə, təyyarənin yola düşməsinə baxmayaraq, həkimlər müxtəlif əngəllər yaradaraq A.Navalnının daşınmasına icazə vermirlər. Təyyarəni müxalifətçinin komandası təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru