İctimai nəqliyyat iki gün işləməyəcək - Diqqət!

22-08-2020, 08:44           
İctimai nəqliyyat iki gün işləməyəcək - Diqqət!
İctimai nəqliyyat iki gün işləməyəcək
Azərbaycanda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

“Report” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Bu müddət ərzində xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Bundan əlavə, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru