NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Xaçik Qasparoviç Baqdasaryan hərbi hissələrdən birində huşsuz vəziyyətdə tapılıb.
Hərbi çağırış əsasında xidmət edən əsgər Mərkəzi Hərbi Hospitala aparılarkən yolda ölüb. Onun ölüm səbəbi açıqlanmır. Faklta bağlı Hərbi Prokurorluq araşdırmalara başlayıb.