Erməni komandir əsir düşdü – İrəvandan gülünc açıqlama

24-08-2020, 08:12           
Erməni komandir əsir düşdü – İrəvandan gülünc açıqlama
Erməni diversiya-kəşfiyyat qrupunun itki verərək geri çəkilməsi və komandir Qurgen Alaverdyanın Azərbaycan Ordusu tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyi gülünc açıqlama yayıb.

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan zabit Qurgen Alaverdyanın guya “hərbi mövqeləri yoxlamaq üçün” getdiyini, ancaq hava şəraitinin pis olması səbəbindən "azdığını" bildirib.

“22 avqust saat 19:30 radələrində döyüş mövqelərini yoxlamaq üçün gedən Qurgen Alaverdyan hava şəraitinin pis olmasına görə azıb. Axtarış işləri davam edir”.

Maraqlıdır ki, bunun ardınca Azərbaycan Müdafiə Nazirliyinin məlumatına münasibət də bildirilib. Belə görünür ki, Ermənistan Müdafiə Nazirliyi artıq diversantların komandiri Q.Alaverdyanın əsir alındığından məlumatlıdır. Belədə, görəsən, hansı “axtarış işləri” aparırlar?

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya-kəşfiyyat qrupunun Goranboy istiqamətində diversiya hücumunun qarşısını qətiyyətlə alındığı, düşmənin itki verərək geri çəkildiyi, kəşfiyyat komandiri Qurgen Alaverdyanın isə əsir götürüldüyünü açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru