Xəzinə ovçuları 3,5 kq saf qızıl tapdılar - FOTO

25-08-2020, 08:46           
Xəzinə ovçuları 3,5 kq saf qızıl tapdılar - FOTO
Avstraliyanın Tarnaqulla şəhəri yaxınlığında xəzinə ovçuları 3,5 kq saf qızıl tapıblar.

Bu barədə “7 News” xəbər yayıb.

Brent Şennon və İtan Vestin aşkarladıqları qiymətli tapıntılar 350 min avstraliya dolları (425 960 AZN) dəyərində qiymətləndirilir.

Lakin xəzinə kolesksionerə satılsa 30 faiz daha artıq pul qazana bilərlər.

Bildirilir ki, İtan son dörd ildə ərazidə çoxlu miqdarda saf qızıl aşkarlayıb. Lakin son tapıntı bunların arasında ən qiymətlisidir.

“Bir gündə iki böyük parça qızıl tapmaq çox möhtəşəm hissdir. Ümumiyyətlə isə mənim bəxtim gətirir. Xırda qızıl parçalarına gəldikdə isə onların sayı minlərlədir”, - deyə xəzinə ovçusu bildirib.oxu















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.