Şok: Ölən qız qüslxanada oyandı və yenidən öldü...

25-08-2020, 08:56           
Şok: Ölən qız qüslxanada oyandı və yenidən öldü...
İndoneziyada inanılmaz hadisə baş verib.

Axar.az “Deyli Star”a istinadən xəbər verir ki, dünyasını dəyişən 12 yaşlı qız anidən dirilib.

Belə ki, qız xroniki diabet səbəbindən baş verən kəskin ağırlaşmaya görə xəstəxanaya yerləşdirilib. Azyaşlı elə həmin gecə xəstəxanada vəfat edib.

Dəfnə hazırlaşan yaxınları onu yuyan zaman mərhum anidən gözlərini açıb, bədən temperaturu artıb və ürək döyünməyə başlayıb.

Dərhal həkim çağırılmasına baxmayaraq, qız yenidən dünyasını dəyişib.

Nəşrin yazdığına görə, bu kimi hadisələr milyonda bir qeydə alınır və “Lazar sindromu” adlanır. Ürək tutmasından ölən xəstələrdə anidən qan dövranı başlaya, nəfəs alma və ürək döyüntüləri ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru