Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə verildi

25-08-2020, 10:41           
Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə verildi
Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun qardaşı oğluna yüksək vəzifə verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə rəisi Əkbər Şəmşirli vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinə yüksək vəzifəyə təyin olunub. Onun yerinə isə Qazax RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Murad Qurbanov təyin olunub.

Qeyd edək ki, Əkbər Şəmşirli Cavid Qurbanovun qardaşı oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru