Azyaşlıya üç stəkan spirtli içki içirdib, hərəkətlərini VİDEOYA çəkdi

28-08-2020, 08:28           
Azyaşlıya üç stəkan spirtli içki içirdib, hərəkətlərini VİDEOYA çəkdi
Əyləncə axtarışında olan sahibkarın etdiyi hərəkət hər kəs tərəfindən qəzəblə qarşılanıb. Belə ki, o, yanına əmanət kimi qoyulan uşağa üç stəkan spirtli içki içirdib.

“AsiaOne” xəbər verir ki, hadisə İndoneziyanın Sulavesi əyalətində baş verib.

Bu azmış kimi, uşağın qışqırmağı və sərxoşluqdan səndələməsi videoya çəkilib. Kadrlarda uşağın bir neçə dəfə büdrəməyi, yıxılmağı və başını kötüyə çırpmağı aydın görünür.

Hadisədən xəbər tutan ata isə işdən qovulma qorxusu ilə polisə şikayət etmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlər barədə video sosial şəbəkədə yayılandan sonra öyrəniblər.

Uşağa içki içirdən hər iki gənc - 20 yaşlı Fərman Əfəndi və 19 yaşlı Rıfkı Hendra Putravan həbs olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru