Azərbaycanda güclü yanğın: 2 azyaşlı öldü

30-08-2020, 09:50           
Azərbaycanda güclü yanğın: 2 azyaşlı öldü
Şirvan şəhərində yataqxanada yanğın baş verib.

Hadisə H.Əliyev prospekti, 1 ünvanında yerləşən yataqxanada qeydə alınıb.

Hadisəyə səbəb mənzillərdən birində divanın yanması olub. Evdə olan 2 yaşlı Araz Pünhan oğlu Vəliyev və 5 yaşlı Eldar Pünhan oğlu Vəliyev tüstüdən boğularaq ölüblər.

Azyaşlıların meyitləri müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru