Yaxtada partlayış baş verdi; qadın turist havada uçdu - VİDEO

31-08-2020, 08:38           
Yaxtada partlayış baş verdi;
İtaliyada yaxtada baş verən partlayışın görüntüləri təhlükəsizlik kamerasına düşüb.

Buta.ws Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ada limanı Ponzada qeydə alınıb.

Kadrlarda, qadın turist olduğu yaxtanın yanacaq çəninə, kiçik gəmilər üçün xüsusi hazırlanmış yanacaqdoldurma məntəqəsinin platformasına yaxınlaşdığı və orada işləyən işçinin verdiyi şlanqla benzin vurduğu görülür. Çən dolduqdan sonra isə, qadın şlanqı çəkir və işçiyə vermək istəyərkən partlayış olur. Zərbənin təsirindən qadın və işçi suya düşür. Ardınca da daha iki nəfər özünü gəmidən kənara atır.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru