Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək DAHA ÇƏTİNDİR

31-08-2020, 08:40           
Dəhşətli virus tapıldı: Bu infeksiyaya dözmək DAHA ÇƏTİNDİR
İndoneziyada elm adamları ölkənin elmi dairələrində koronavirusun "Mutasiya D614G" adlandırılan dəyişdirilmiş növünü kəşf ediblər.

Publika.az xəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.

"İlkin məlumata görə, ölkədəki bütün yoluxanların təxminən 40% -i bu dəyişdirilmiş virusa yoluxub", - Cakartada yerləşən Molekulyar Biologiya İnstitutunun rəhbəri Eikman Amin Soebandrio bildirib.

Onun sözlərinə görə, daha dəqiq bir mənzərə əldə etmək üçün əlavə araşdırma aparılır.

Alim "D614G" mutasiyasının mövcudluğunda virusun ötürülməsinin daha sürətli olduğunu deyib.

Mütəxəssis insanın bu infeksiyaya dözməsinin daha çətin olduğuna dair elmi dəlillərin olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru