"Rayonlara gediş-gəliş icazəsi götürülsün" - deputat

31-08-2020, 18:48           
 "Rayonlara gediş-gəliş icazəsi götürülsün" - deputat
“Yoluxma sayı ilə bağlı son həftələrin pozitiv dinamikası rayonlara gediş-gəlişə icazə verilməsinə zəmin yaradır”.

“MediaPost” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, artıq rayonlar qırmızı zonada deyil, paytaxtda da yoluxma sayı optimallaşır. Bu da heç bir halda bizdə arxayınçılıq yaratmamalıdır və vaksin tapılana və pandemiya lokallaşanadək qaydalara ciddi əməl edilməsinə ehtiyac var.

Bununla belə, paytaxtdan rayonlara səfərlər həmçinin bölgələrin sosial-iqtisadi inkişafı baxımdan da vacibdir. V.Bayramov qeyd edib ki, son illər bölgələrin real gəlirlərində turizm gəlirlərinin payı artmaqdadır və daxili turizmin inkişafı üçün də səfər məhdudiyyətinin aradan qaldırılmasına ehtiyac var:“Bu baxımdan, sentyabrda rayonlara gediş-gəliş ilə bağlı icazənin aradan qaldırılması məqsədəuyğundur. Okyabrdan ali məktəblərdə təhsilin də mərhələli şəkildə başlanacağını nəzərə alsaq, icazənin götürülməsi daha da aktuallaşıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru