Şəhər merinin ürəyini fəvvarənin içindən tapdılar

2-09-2020, 10:03           
Şəhər merinin ürəyini fəvvarənin içindən tapdılar
Pyer David 1839-cu ildə dünyasını dəyişsə də onun ürəyi fəvvarənin içinə 1883-cü ildə yerləşdirilib.

Belçikanın Vervye şəhərindəki fəvvarənin təmiri zamanı içində şəhərin ilk meri Pyer Davidin ürəyinin olduğu mücrü aşkarlanıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC yazır.

Ürək spirtlə dolu bankaya, o isə sink mücrünün içinə qoyulub. Vervyenin ictimai işlər üzrə nümayəndəsi Maksim Degeyin sözlərinə görə, mücrü fəvvarənin daşlarının birinin arxasında tapılıb.

Pyer David 1839-cu ildə dünyasını dəyişsə də onun ürəyi fəvvarənin içinə 1883-cü ildə yerləşdirilib. Bu, mücrünün üstündəki yazıdan bəlli olub. Merin ürəyi Şəhər İncəsənət Muzeyinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru