“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Teref.az xəbər verir ki, hadisə Bakıda qeydə alınıb. AzTV-nin operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçən zaman avtomobil vurub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Report