Yaponiyada 110 mindən çox ev tayfun səbəbindən işıqsız qalıb 3-09-2020, 06:48 Yaponiyanın Kyuşu adasında ən az 117 min ev "Maysak" tayfununun səbəb olduğu güclü yağışlar və külək nəticəsində elektrik enerjisiz qaldı.Trend-in məlumatına görə, bu barədə NHK telekanalı bildirib.Qeyd edilib ki, Saqa, Kumamoto və Fukuoka prefekturalarının ərazisində elektrik enerjisinin kəsilməsi halları qeyd edilib.Lakin bu cür hadisələrin çoxu Naqasaki prefekturasında baş verib. Facebook-da paylaş