Almaniyada qadın 5 uşağını öldürdükdən sonra intihara cəhd edib

4-09-2020, 07:35           
Almaniyada qadın 5 uşağını öldürdükdən sonra intihara cəhd edib
Almaniyanın Zolinqen şəhərində polis bir mənzildə beş uşağın cəsədini aşkar edib.

APA yerli “n-TV” telekanalına istinadən xəbər verir ki, bölgənin daxili işlər naziri Herbert Royl uşaqların cəsədlərinin başqa şəhərdə yaşayan nənələri tərəfindən tapıldığını bildirib.

Roylun sözlərinə görə, ölən uşaqların 27 yaşlı anası Düsseldorf qatar stansiyasında 11 yaşlı oğlu ilə intihara cəhd edib. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, oğlan isə xəsarət almayıb.

Polisin verdiyi məlumata görə, ölən uşaqlar 1-8 yaş arasında olub. Sağ qalan oğlan qohumlarının himayəsinə verilib.

Polis uşaqların ölümündə əsas şübhəlinin Almaniya vətəndaşı olan ananın olduğunu təsdiqləyib. Hadisənin səbəbi isə hələlik müəyyən olunmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru