İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə veriləcək - YENİ QƏRAR

4-09-2020, 21:59           
İctimai yerlərdə 10 nəfərədək toplaşmağa icazə veriləcək - YENİ QƏRAR
İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Teref.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl insanların beş nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi.

Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru