Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO

19-11-2020, 04:46           
Dənizdən çıxan butulkadan hər kəsin arzusunun yazıldığı məktub tapıldı - VİDEO
Azov dənizinin sahilindən bir qrup gənc içərisində məktub olan şüşə butulka tapıblar.

“Mash” “Telegram” kanalı bununla bağlı görüntüləri yayımlayıb.

Məktubdan aydın olur ki, müəllifi doqquz yaşlı Yaroslavdır. Butulka dənizdə doqquz günlük səyahətdən sonra sahilə çıxıb.

Bir cümləlik kağız parçasında isə “Qoy bu il tez bitsin” arzusu yazılıb.

“Hər kəsin arzusunun yazıldığı məktub” adı altında paylaşılan kadrlar sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.oxu.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.