“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var

26-11-2020, 08:37           
“Lotu Quli”nin qardaşı Rusiyada davaya səbəb oldu: Yaralılar var
Rusiyanın Yekaterinburq şəhərində Türkiyədə öldürülən azərbaycanlı qanuni oğru “Quli” ləqəbli Nadir Səlifovun qardaşı tərəvəz anbarında davaya səbəb olub. Bu barədə URA.ru məlumat yayıb.

Nəşrin məlumatına görə, Qulinin davamçısı – qardaşı Namiq Səlifov (Bakinski) dörd nömrəli tərəvəz bazasına yeni “nəzarətçi” təyin edib. Samir adlı şəxs Türkiyədən Rusiyaya gedib və yeni nəzarət bölgəsində yeni qaydalar qurub.

Nəticədə narazılıq artıb və tərəvəz anbarında “Pələng” (“Tiqr”) kimi tanınan şəxs bıçaqla bazanın iki mühafizəçisini yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru