Füzulidə işğaldan sonra İLK QƏZA: Xəsarət alan var

26-11-2020, 08:58           
Füzulidə işğaldan sonra İLK QƏZA:
Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teref.az xəbər verir ki, hadisə rayonun Zobucuq qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Əsgərov Sahib Zülfüqar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona burun sümüyünün və sol sirkə kasasının sınığı diaqnozları qoyub. Yaralı reanimasiya şöbəsində yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır. / "Report"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru