Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU

28-11-2020, 17:14           
Əsgərimiz Şuşa yolunda MİNAYA düşərək ŞƏHİD OLDU
Azərbaycanlı əsgər minaya düşərək şəhid olub.

Teref.az Sonxeber.az-a istinadən xəbər verir ki, şəhidimiz Nahid Musa oğlu Ağalarovdur. O, 44 günlük müharibənin qəhrəmanlarından biridir. Bir neçə gün öncə Laçın-Şuşa yolunda avtomobildə minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn olunub.

Bildirilir ki, Nahidin böyük qardaşı Yaşar da Birinci Qarabağ müharibəsində - Daşaltı əməliyyatında itkin düşmüşdü, uzun illər ondan xəbər çıxmadı deyə ona şəhidlik statusu verildi. Tale elə gətirdi ki, Nahid də qardaşının döyüşdüyü yerdə - Şuşa, Daşaltı yaxınlığında şəhid oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru