İtlər gəzinti zamanı 47 yaşlı qadını boğdular

5-12-2020, 08:47           
İtlər gəzinti zamanı 47 yaşlı qadını boğdular
Britaniyanın Reskem şəhərində itlər 47 yaşlı qadını boğublar.

Bununla bağlı “Daily Mail” məlumat yayıb.

İnsident 47 yaşlı Debora Meri Robertsin bulteryer cinsindən olan Tayson və Rubi itlərini gəzintiyə çıxardığı zaman baş verib. Bir müddət sonra qadının meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, Roberts tez-tez itlərin xaltasını boğazından asırmış. Gəzinti zamanı qadın yıxılıb və qalxa bilməyib. Buna səbəb kimi qadının Gentinqton xəstəliyindən əziyyət çəkməsi göstərilib. İtlər qadına kömək etmək üçün xaltanı dartsalar da, bu, Robertsin boğulmasına və nəticədə ölümünə səbəb olub.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru