Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak olub

6-12-2020, 00:03           
Çində mədəndə partlayış nəticəsində onlarla insan həlak olub
Çinin cənub-qərbindəki Çunsin şəhərində mədəndə qaz partlayışı nəticəsində 23 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Televiziyası bildirib.

Məlumata görə, mədəndə partlayış dekabrın 4-də zəhərli yanar qaz karbon oksiddən baş verib. Partlayış vaxtı yerin altında 24 nəfər olub. Xilasedicilər indiyə qədər 23 nəfərin meyitini aşkarlaya biliblər. Mədəndən yalnız bir fəhlə xilas ola bilib.

Daha əvvəl bildirilirdi ki, Çunçin şəhərindəki mədənlərin birində işçilər dəm qazından zəhərlənib. Nəticədə kömür hasilatı ilə məşğul olan mədənin 18 işçisi ölüb, bir nəfər isə xilas edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru