KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, insident şəhərin Nor Nork rayonunda yerləşən Hərbi Universitetin yaxınlığında olub.
Hadisə yerinə gələn polislər ərazidən avtomat və tapançadan atılan onlarla giliz aşkarlayıb. Eyni zamanda yerdə qan izləri, üzərində qan olan dəyənək də aşkar edilib.