Qəzəbli ayı dörd nəfəri öldürüb, üç nəfəri yaraladı

9-12-2020, 08:29           
Qəzəbli ayı dörd nəfəri öldürüb, üç nəfəri yaraladı
Hindistanın Çxattisqarx ştatının Andjvaxi kəndinin sakinləri qəzəbli ayının hücumuna məruz qalıblar.

“Xinhuanet” nəşri xəbər verir ki, nəticədə dörd nəfər ölüb və üç nəfər yaralanıb.

Belə ki, axşam saatlarında bir qrup kəndli yabanı bitki toplamaq üçün meşəyə gedib. Orada onlara vəhşi ayı hücum edib.

Hücum yerli sakinlər arasında çaxnaşma yaradıb. Hadisədən sonra ayını qovmaq üçün meşə zabitləri və polis bu əraziyə göndərilib.

Vəhşi təbiəti qoruma rəsmiləri bildiriblər ki, insanların meşədə olduğu zaman ayılar özlərini təhlükəsizlikdə hiss etmədikləri üçün onlara hücum edirlər.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru