Bakının Səbail rayonunda dəm qazından boğulma hadisəsi baş verib.
Teref.az xəbər verir ki, hadisə N.Nərimanov küçəsi Yeni Sahədə qeydə alınıb.
2008-ci il təvəllüdlü İbrahimova Səkinə Fərrux qızı yataq otağında dəm qazından boğulub. O, ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.