“Facebook” şirkəti “Instagram” və “WhatsApp”ı satmağa məcbur edilə bilər

10-12-2020, 09:39           
“Facebook” şirkəti “Instagram” və “WhatsApp”ı satmağa məcbur edilə bilər
ABŞ Federal Ticarət Komissiyası (FTC) və ölkənin 48 əyaləti “Facebook”a qarşı iddia qaldırıb.

“Reuters” xəbər verir ki, şirkət antitrest qanunlarını pozmaqda günahlandırılır.

“Təxminən on ildir ki, “Facebook” hökmranlığından və inhisar gücündən kiçik rəqibləri əzmək üçün müntəzəm sosial şəbəkə üzvlərinin hesabından istifadə edib”, - deyə Nyu-York Baş prokuroru Laetitia Ceyms bildirib.

Onun sözlərinə görə, şirkət “Facebook”un bazarda hökmranlığının təhdidindən əvvəl rəqiblərini əldə etmək üçün böyük miqdarda pul xərcləyib.

FTC məhkəmədə “Instagram” və “WhatsApp” da daxil olmaqla “ədalətli rəqabətin təminatını” tələb edəcəyini göstərən açıqlama verib.

48 ştatdan olan səlahiyyətlilərin koalisiyası məhkəməyə müraciətində “Facebook”un “Instagram” və “WhatsApp”ı almasının qanunsuz elan olunmasını tələb ediblər.

“Facebook” “WhatsApp”ı 2014-cü ildə 19 milyard dollara, “Instagram”ı 2012-ci ildə 1 milyard dollara əldə edib.

2019-cu ilin iyul ayında ABŞ səlahiyyətliləri “Amazon”, “Facebook”, “Google” və “Apple”la qarşı antitrest araşdırmalarının başladığını elan ediblər.
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru